• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Əhalisinin sayına görə ən çox koronavirus daşıyıcısı olan ölkə hansıdır?

30.03.20 12:00 494
Əhalisinin sayına görə ən çox koronavirus daşıyıcısı olan ölkə hansıdır?
Dünyanın kiçik ölkələrindən olan Lüksemburqda koronavirus daşıyıcısı və qurbanlarının sayı dünyanın ən böyük ölkələrindən sayılanRusiyadan çoxdur.
"Report” xəbər verir ki,602 000əhalisi olan Lüksemburqda qeydə alınmış koronavirus daşıyıcılarının sayı1 950nəfərdir.
Bu o deməkdir ki, ölkədə hər308nəfərdən biri müalicəsi olmayan və sürətlə yoluxan virusun daşıyıcısıdır.
Bundan başqa, Lüksemburqda virusun qurbanlarının sayı21nəfərə çatıb.
Müqayisə üçün, virusun yayılmağa başladığı Çinlə sərhədi olan,144milyon əhaliyə sahib Rusiyada koronavirus daşıyıcılarının sayı1 534, qurbanlarının sayı isə8nəfərdir.
banner

Oxşar Xəbərlər