• cümə, 29 Mart, 03:25
  • Baku Bakı 7°C

Əhalinin banklardakı əmanətlərinin məbləği artıb

16.03.21 17:45 1240
Əhalinin banklardakı əmanətlərinin məbləği artıb
Mərkəzi Bankın məlumatına görə 2021-ci il fevral ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği yanvar ayı ərzində 25 milyon manat artaraq 8202,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əmanətlərin 50,7 faizi xarici, 49,3 faizi isə milli valyutada qoyulub.
Fevralda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 2,06 (2,06) manata, 100 Türk lirəsinə 23,93 (23,47) manata, 100 Rus rubluna 2,29 (2,29) manata bərabər olub.
banner

Oxşar Xəbərlər