• cümə, 19 Aprel, 20:42
  • Baku Bakı 24°C

Əhalinin bank əmanətlərinin 90%-i paytaxtda cəmləşib

03.01.20 15:20 1772
Əhalinin bank əmanətlərinin 90%-i paytaxtda cəmləşib
2019-cu il dekabrın 1-nə əsasən, Azərbaycanda əhalidən cəlb olunan bank əmanətlərinin 90,4%-i və ya 7 847 494 min manatı Bakı şəhərinin payına düşüb.
"APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əmanətlərin paytaxtda cəmləşməsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% bəndi azalıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə ilk üçlükdə Abşeron (254 831 min manat), Gəncə-Qazax (173 542 min manat) və Aran (153 026 min manat) iqtisadi rayonları qərarlaşıb.
Hesabata əsasən, paytaxtda əmanətlər üzrə orta faiz dərəcəsi 3,6% təşkil edib.
Əmanətlərin orta gəlirliyi ən yüksək 5,6% olmaqla, Abşeron iqtisadi rayonunda qeydə alınıb. Daha sonra 5,5% dərəcəsi ilə Quba-Xaçmaz, 5,4%-lə isə Lənkəran gəlir.
banner

Oxşar Xəbərlər