• cümə axşamı, 28 mart, 16:06
  • Baku Bakı 16°C

Əfv Komissiyasının növbəti iclası keçirilib

28.02.17 18:12 645
Əfv Komissiyasının növbəti iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi MehdiyevAPA-ya deyib ki, iclasda 107 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən 3 iclasda ümumilikdə 357 müraciət müzakirə olunub və onların əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.
banner

Oxşar Xəbərlər