• cümə, 19 Aprel, 08:49
  • Baku Bakı 13°C

Əfqanıstanda sutka ərzində 115 terrorçu məhv edilib

20.08.17 23:56 848
Əfqanıstanda sutka ərzində 115 terrorçu məhv edilib
Əfqanıstanda güc strukturlarının keçirdikləri əməliyyatlar zamanı sutka ərzində 115 terrorçu məhv edilib, 105-i isə yaralanıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müdafiə nazirliyinin bəyanatında bildirilir ki: "Müdafiə və təhlükəsizlik qüvvələri sutka ərzində 34 əyalətdən 13-ündə 20 təmizləmə əməliyyatı, 22 xüsusi əməliyyat və 2 gecə reydi keçiriblər. Əməliyyatlar nəticəsində 115 terrorçu məhv edilib, 105-i yaralanıb və 3-ü həbs edilib".
Məlumata əsasən, Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri bundan əlavə 3 nəqliyyat vasitəsi, 16 motosiklet, 5 bunker məhv ediblər və silah, döyüş sursatları müsadirə ediblər.

banner

Oxşar Xəbərlər