Əfqanıstanda iki avtomobil partladılıb, 40 hərbçi həlak olub
Əfqanıstanda növbəti terror aktı törədilib.
APA-nın "Tolo news" kanalına istinadən verdiyi məlumata görə, hərbi baza yaxınlığında iki avtomobil partladılıb.
Nəticədə ən azı 40 hərbçi həlak olub.
Digər təfərrüatlar hələlik açıqlanmır.