• cümə, 29 Mart, 14:36
  • Baku Bakı 14°C

Əfqanıstanda bazarda partlayış olub, 4 nəfər ölüb, 14-ü yaralanıb

17.09.17 16:30 903
Əfqanıstanda bazarda partlayış olub, 4 nəfər ölüb, 14-ü yaralanıb
Bazar günü Əfqanıstanın Host şəhərinin bazarında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, daha 14-ü yaralanıb.
"Report" xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət orqanlarına istinadən "Tolo News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayış Hamam bazarının yeraltı hissəsində qeydə alınıb. Şəhərin Səhiyyə Departamentinin rəhbəri Həbib Şah Ənsarinin bildirdiyinə görə, hazırda yaralılara lazımi tibbi yardım göstərilib.
Hadisənin səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər