• şənbə, 20 Aprel, 19:40
  • Baku Bakı 24°C

Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısına qatılıb

03.10.16 17:42 945
Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısına qatılıb
Oktyabrın 2-3-də Şimali Kipr Türk Cümhuriyyətində Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti toplantısında Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da iştirak edib.

MŞ-danAPA-ya verilən məlumata görə, toplantıda birliyə üzv ölkələrin Mətbuat Şuralarının ötən müddətdə həyata keçirdiyi işlər barədə hesabatı dinlənilib. MŞ sədri Ə.Amaşov bu bölümdəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən danışıb.

Ə.Amaşov bildirib ki, MŞ şikayətlərin araşdırıb, qərar və rəyini qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır.

Toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər