AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əflatun Almasov saxlanılıb

Əflatun Almasov saxlanılıb

Kriminal
07 Aprel 2020, 12:33 398
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşəbəyliyində  ağac kəsən  şəxslər saxlanılıb. Araşdırma zamanı qanun pozucularının Lerik rayon sakinləri  Salman Həşimov və Əflatun Almasov olduğu müəyyən edilib.

Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Rafael Tahirov jurnalistlərə bildirib ki, Salman Həşimov əvvəllər də meşədə qanunsuz ağac kəsdiyinə görə cərimə olunub və barəsində toplanmış materiallar hüquq-mühafizə orqanına göndərilib.

Əflatun Almasov isə əvvəllər meşə gözətçisi işləyib. Əmək funksiyasını yerinə yetirmədiyi üçün 2018-ci ildə işdən azad olunub.

"Ağac kəsənlər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Lerik rayon Prokurorluğuna göndərilib."