• cümə axşamı, 18 aprel, 04:29
  • Baku Bakı 15°C

Efiopiya hökuməti Tiqra üsyançılarına təslim olmaq üçün 72 saat vaxt verdi

23.11.20 09:45 438
Efiopiya hökuməti Tiqra üsyançılarına təslim olmaq üçün 72 saat vaxt verdi
Efiopiya hökuməti Tiqra əyalətindəki üsyançıların rəhbərliyinə və dəstələrinə silahlarını yerə qoymağı və federal qüvvələrə müqavimət göstərmələrinin dayandırmaları üçün 72 saat vaxt verdi.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Efiopiyanın Baş naziri Abiy Əhməd bildirib.
"Tiqradakı əməliyyatın üçüncü və son mərhələsi başlayır. "Hökümət "Tiqra Azadlığı Xalq Cəbhəsi"nin liderlərini və döyüşçülərini dinc şəkildə təslim olmağa çağırır" - hökumət portalında yayımlanan Efiopiya əyalətinin əhalisinə edilən müraciətdə deyilir. Abiy Əhməd "bunun son fürsət" olduğunu vurğulayıb. Ayrıca olaraq Tigra əyalətinin paytaxtı Mekele şəhərinin əhalisi üsyançıların rəhbərliyini həbs etməyə və üzvlərini ədalətə təhvil verməyə çağırılıb.
Efiopiya hökumətinin hazırkı ultimatumu ikincidir. Baş nazir 14 noyabrda da üsyançılara təslim olmaq üçün 72 saat vaxt verib. Lakin Mekeledəki silahlılar ultimatumu rədd edib və hökumət qüvvələrinə müqavimət göstəriblər. Federal qüvvələr 17 noyabrda aktiv döyüş əməliyyatlarına başlayıb və Mekeleyə şimal və cənubdan yaxınlaşıblar. Hər iki tərəfdə cəbhə xətti 90 kilometr məsafədə keçir.
banner

Oxşar Xəbərlər