• cümə, 29 Mart, 04:25
  • Baku Bakı 7°C

"ƏDV geri al" layihəsi çərçivəsində 47 mln. manatdan çox vəsait geri ödənilib

19.02.21 12:45 598
"ƏDV geri al" layihəsi çərçivəsində 47 mln. manatdan çox vəsait geri ödənilib
"ƏDV geri al” layihəsi çərçivəsində bu günədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat qeydə alınıb.
"Kapital Bank”dan "APA-Economics”ə verilən məlumata görə, təsdiq olunan çeklər üzrə təqribən 47,2 mln. manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı”na yerləşdirilib.
Qeyd edək ki, edvgerial.kapitalbank.az portalına daxil edilən çeklərin hər 4-dən 3-ü "BirBank” mobil əlavə vasitəsilə həyata keçirib (təqribən 85,4 mln. çek). 2021-ci ilin yanvar və fevral aylarında isə BirBank vasitəsilə sistemə daxil edilən çeklərin miqdarı 75% civarında olub.

Qeydiyyata alınan istifadəçilərdən təxminən 89%-i (təqribən 907 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.
Xatırladaq ki, 2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb.
Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir.
banner

Oxşar Xəbərlər