“Ədalətli olaq, onlar bunu haqq ediblər”
"Mançester
Yunayted”in sabiq futbolçusu Dimitar Berbatov İngiltərə Premyer Liqasının aqibəti
ilə bağlı aparılan müzakirələrə qoşulub.
Kaspi.az
xəbər verir ki, Berbatov titulun "Liverpul”a verilməli olduğunu deyib. O,
Yurgen Kloppun komandasının bunu haqq etdiyini bildirib:
"Görürəm
ki, insanların əksəriyyəti titulun "Liverpul”a verilməsini tələb edir. Ədalətli
olaq, onlar bunu haqq ediblər.
"Liverpul”un
necə oynadığını xatırlasaq, aydın olar ki, onlara heç kim çata bilməz.
Belə
oyun sayəsində onlar rəqiblərindən xeyli aralana biliblər. Ona görə də
çempionluq "Liverpul”un tam haqqıdır.
Əgər
çempionatın nəticələri sıfırlansa, onda bu, "Liverpul”a qarşı böyük ədalətsizlik
olacaq”.