• şənbə, 20 Aprel, 02:45
  • Baku Bakı 15°C

Əbülfəs Qarayev İranın islami irşad və mədəniyyət naziri ilə görüşüb

03.07.17 15:30 1903
Əbülfəs Qarayev İranın islami irşad və mədəniyyət naziri ilə görüşüb
Azərbaycanın mədəniyyət və turizm naziriƏbülfəs Qarayevİranda səfərdədir.
APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ərəfəsində baş tutan səfər çərçivəsində Ə. Qarayev bu gün Tehranda İranın islami irşad və mədəniyyət naziri Rza Salehi Əmiri ilə görüşüb.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirib.
Rza Salehi Əmiri deyib ki, Azərbaycan və İran arasında əməkdaşlıq üçün geniş potensial var: "Bu gün müştərək sərgilərin təşkili, əlyazmaların mübadiləsi, iki ölkənin milli kitabxanaları, elm adamları arasında əməkdaşlıq, film sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə etdik. Sabahkı görüşlərdə bu razılaşmaları bir daha dəyərləndirəcəyik. İki dövlət arasında əlaqələrin genişlənməsində mətbuatın da böyük rolu var. Mətbuat iki ölkənin potensialını bir-birinə tanıda, turizmin və əlaqələrin inkişafına təkan verə bilər".
Əbülfəs Qarayevisə iki ölkə arasında siyasi və iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini bildirib. Nazir jurnalistləri Azərbaycan mədəniyyət günlərinin açılış mərasiminə dəvət edib.
Ə. Qarayev çövkən oyunları, lavaş və Azərbaycanın digər mədəni irsləri ilə bağlı verilən sualların cavabında bildirib ki, AzərbaycanUNESCO-ya yeni təkliflər verəcək: "Çövkən Qarabağ atları ilə oynanan oyundur. Bu oyun artıqUNESCO-da qeydə alınıb. Ermənistan Qarabağı işğal etdiyindən çövkən oyunu və Qarabağ atları məhv olmaq üzrədir. Bu səbəbdən onu mədəni irs kimi qeydə aldırdıq. Bu oyun unudulmaqda olan oyunlar siyahısındadır.UNESCO-da "Sadiq can” adı ilə tanınan tarı, İran və digər ölkələrlə birlikdə Novruz bayramını qeydə aldırmışıq. Kamançanın da mədəni irs kimi qeydə alınmasını gözləyirik”.
Qeyd edək ki, İranda Azərbaycanın Mədəniyyət günlərinin rəsmi açılış mərasimi iyulun 4-də Tehranın Vəhdət sarayında olacaq.
banner

Oxşar Xəbərlər