• cümə axşamı, 18 aprel, 15:54
  • Baku Bakı 22°C

Ebrima Silla: Festival ölkənin region və dünyadakı strateji maraqları üçün çox önəmlidir

19.10.17 17:45 2901
Ebrima Silla: Festival ölkənin region və dünyadakı strateji maraqları üçün çox önəmlidir
Azərbaycan keçmiş sovet ölkələri arasında kifayət qədər inkişaf etmiş dövlətdir. Bu gün ölkəyə gələn çoxsaylı turistlər mineral və digər təbii sərvətlərə qoyulan sərmayənin, burada hökm sürən sabitliyin şahidi olurlar.
AZƏRTACxəbər verir ki, bu sözləri Qambiyanın Radio və Televiziya Xidmətinin direktoru Ebrima Silla Bakı Şopinq Festivalının saytına açıqlamasında deyib.
E.Silla qeyd edib ki, turizmin inkişafı sayəsində Azərbaycan bütün dünyaya açılacaq: "Şopinq festivalları Azərbaycanın böyük iqtisadi potensiallı ölkə kimi tanınmasına şərait yaradacaq. Bu festival ölkəyə çoxsaylı turist və investorun cəlb olunmasına da təkan verəcək. Ölkəyə daha çox xarici valyutanın axması və gənclər üçün daha çox iş yeri deməkdir. Bütün bunlar ölkənin həm regionda, həm da ümumilikdə dünyadakı strateji maraqları baxımından çox önəmlidir”.
banner

Oxşar Xəbərlər