AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Döyülən referi yenə “Qarabağ”ın oyununa göndərildi

Döyülən referi yenə “Qarabağ”ın oyununa göndərildi

İdman
02 Noyabr 2012, 17:05 1167
Futbol üzrə Topaz Premyer Liqasında XII turun oyunlarına hakim təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytında verilən məlumata görə, “Qarabağ” – “Bakı” matçından sonra qonaq komanda mühafizəçisi tərəfindən döyülən gənc referi Əliyar Ağayev yenə Ağdam komandasının oyununa təyinat alıb.

Bu dəfə o, AZAL-la qarşılaşmanı idarə edəcək. Daha bir gənc baş hakim Rəhim Həsənov Sumqayıtda eyniadlı komanda ilə lider “İnter” arasındakı görüşdə fit çalacaq. Ötən tur zədəli olduğundan, AZAL – “Bakı” matçının baş hakimliyindən kənarlaşdırılmış FİFA referisi Anar Salmanov Tovuza göndərilib. Digər beynəlxalq dərəcəli hakimlərimizdən Fariz Yusifov Qəbələdə, Vüsal Əliyev Lənkəranda, Elçin Məmmədov Gəncədə iş başında olacaq.

3 noyabr (şənbə)

14:00. “Kəpəz” (Gəncə) – “Bakı”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Gəncə şəhər stadionu

15:00. “Qəbələ” – “Neftçi” (Bakı)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Teymur Fərhadov
Qəbələ şəhər stadionu

4 noyabr (bazar)

14:00. “Sumqayıt” – “İnter” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Orxan Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. “Turan” (Tovuz) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov
Tovuz şəhər stadionu

15:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Elvin Əsgərov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

16:00. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Lənkəran şəhər mərkəzi stadionu.