• cümə, 29 Mart, 01:15
  • Baku Bakı 7°C

Dövlətimizin gördüyü işlər müsbət nəticə verməkdədir

07.04.20 09:30 390
Dövlətimizin gördüyü işlər müsbət nəticə verməkdədir
Koronavirus təhlükəsinin bütün dünyada sürətlə genişlənməsi Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib.
AZƏRTACxəbər verir ki, dövlətimizin başçısının bu müstəvidə həyata keçirdiyi tədbirlərə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin əhalinin təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini vuğulayıb.
Prezident İlham Əliyevin əhalini koronavirus təhlükəsindən qorumaq məqsədi ilə ilk gündən çevik qərarlar qəbul etdiyini, ciddi qabaqlayıcı tədbirlər gördüyünü qeyd edən Respublika Veteranlar Təşkilatının sədr müavini deyib: Təsadüfi deyildir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də əhalinin salamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməkdədir. Aprelin 20-dək ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır.
Polkovnik bildirib ki, koronavirusla bağlı görülən tədbirlər sırasında qoruyucu və dezinfeksiyaedici məhsulların istehsalı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu müəssisədə hər gün 120 min tibbi maska istehsal ediləcək ki, bu da ilkin olaraq daxili bazarda tələbatı ödəməyə imkan yaradacaq.
Altmış beş yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsinin, onlara maddi dəstəyin göstərilməsinin də həyata keçirilən tədbirlər sırasında olduğunu vurğulayan C.Xəlilov deyib: "Müxtəlif cinayətlərə görə məhkum edilmiş yaşlı insanların azad olunması istiqamətində də addımlar atılmaqdadır. Bu addımlardan biri kimi, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfərin Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncamla əfv edilməsini göstərmək olar. Bu, bir daha dövlətimizin başçısının vətəndaşlara olan həssas münasibətini təcəssüm etdirir, eləcə də ölkə başçısının humanizm prinsiplərinə sadiqliyinin nümayişidir. Hesab edirəm ki, dövlətimizin başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə töhfəsini verəcək və xalqımızın bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək".
banner

Oxşar Xəbərlər