• şənbə, 20 Aprel, 14:03
  • Baku Bakı 23°C

Dövlətimizə olan etimadın göstəricisi

02.07.20 13:00 518
Dövlətimizə olan etimadın göstəricisi
Beynəlxalq səviyyədə koronavirus əleyhinə mübarizədə səyləri birləşdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün qəbul edilməsi dövlətimizin xarici siyasətinin parlaq səhifələrindən biri olmaqla böyük əhəmiyyət daşıyır.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O bildirib ki, BMT yarandığı vaxtdan bəri Baş Assambleyanın xüsusi sessiyaları çox az sayda çağırılıb. Deməli, budəfəki xüsusi sessiyanın çağırılmasına dair Azərbaycan dövlətinin təklifinə təşkilata üzv olan əksər ölkələrin qoşulması şəxsən Prezident İlham Əliyevə və onun liderliyində dövlətimizə hörmət, inam və etimadın göstəricisidir. İkincisi, xüsusi sessiya yaranmış şəraitdən çıxmaqdan ötrü Azərbaycanın təcrübəsini öyrənmək üçün bir vasitə olacaq və bundan sonra ölkəmizə olan maraq daha da artacaq. Nəhayət bu təşəbbüsü ilə Azərbaycan Respublikası yenə də müxtəlif dövlətləri birləşdirən güc olduğunu sübut edir.
"Vurğulamaq vacibdir ki, indiyədək dövlətimizin başçısı BMT ilə əməkdaşlıqda bir sıra ilklərə imza atıb. Hələ Azərbaycan Respublikasının Baş Naziri vəzifəsində olarkən İlham Əliyev BMT Baş Assambleyasında təşkilatda islahatların aparılmasının vacibliyini vurğulayan, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü ifşa edən mükəmməl nitqi ilə ilk hökumət başçımız olub. Daha sonra Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə nail olmaqla və Şuranın iclasına sədrlik edib nitq söyləməklə daha bir ilkə imza ataraq millətimizin başını uca edib. Budəfəki təşəbbüsün qəbul edilməsi də hər bir azərbaycanlıda qürur hissi yaradır”, - deyə Musa Qasımlı qeyd edib.
banner

Oxşar Xəbərlər