• şənbə, 20 Aprel, 07:48
  • Baku Bakı 14°C

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

28.01.21 11:00 428
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib
Dövlətə xəyanətdə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APAxəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, hər iki şəxs xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
banner

Oxşar Xəbərlər