• cümə, 19 Aprel, 05:30
  • Baku Bakı 18°C

"Dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır"

22.05.20 13:45 437
"Dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır"
"Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi, və digər mühüm məsələlər barədə danışıb. Xüsusi ilə qeyd olunmalıdır ki, bir çox dövlət başçısından fərqli olaraq Azərbaycan Prezidenti koronavirus pandemiyası vaxtı əhalidən gizlənmədi, o, şəxsən pandemiyaya qarşı mübarizəyə başçılıq edərək xalqın lideri olduğunu sübut etdi. Eyni zamanda, Prezident İlham Əliyev vaxtaşırı kütləvi informasiya vasitələrinə müsahibə verməklə öz fəaliyyəti barədə cəmiyyətə geniş hesabat verir və o, Azərbaycan Televiziyasına müsahibəsində bu günün bir çox aktual məsələlərinə toxunmuş oldu". BunuSİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, dövlət başçısı yuxarıda sadalanan aktual məsələlərə toxunaraq bir daha dövlətin gələcək prioritetlərini və dövlət-vətəndaş münasibətlərinə aydınlıq gətirmiş oldu: "Doğrudan da, koronavirus pandemiyası dünyanın ayrı-ayrı ölkələri qarşısında bir sıra çağırışlar qoyaraq, hökumətlərdən çevik siyasət tələb etdi. İndi dünya ölkələri sınaq qarşısındadırlar. Pandemiya fonunda ayrı-ayrı ölkələrin sosial siyasətini təhlil edərkən coğrafi cəhətdən kiçik Azərbaycanın bu bəla ilə bugünkü günə görə effektiv mübarizə apardığını görmüş oluruq. Bu baxımdan, Prezident İlham Əliyevin irəli sürdüyü "bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipi təşkil edir. Ona görə də Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb. İcra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.
Bu istiqamətdə ən mühüm standartlara cavab verən dövlət xidmətlərinin də istifadəyə verilməsi, dövlət və vətəndaşlar arasında çevik idarəetmə mexanizmini ortaya qoymuş olur. "ASAN xidmət”dən sonra innovativ xidmət növünün - DOST xidmətinin vətəndaşların ixtiyarına verilməsi ölkəmizdə sistemli şəkildə həyata keçirilən sosial siyasətin artıq ənənə halını aldığının göstəricisidir. Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə şəxsən tanışlıq Prezidentin bütün bu proseslərin başında olduğunu bir daha göstəmiş olur. Bu kimi dövlət institutlarının açılması ölkədə idarəetmənin daha çevik və effektiv aparılmasına mühüm töhfələr verməkdədir. Yeri gəlmişkən, idarəetmənin müasir standartlarına cavab verən və bir pəncərə funksiyasını daşıyan DOST Mərkəzində digər mərkəzlərdə olduğu kimi, əməkdaşların mütləq əksəriyyəti gənclərdir.
Dövlət Televiziyasına müsahibəsində dövlət idarəetməsi və gənclər mövzusuna toxunan Dövlət başçısı bununla bağlı gənclərin ölkəmizin uğurlu inkişafında oynadığı fəal rolu qeyd edərək, onların cəmiyyətdə ən fəal təbəqələrdən biri olmasını vurğulayıb və və . gənclər önəmli vəzifələrə təyin edilmələrinə, seçilmələrinə toxunub. O bildirib ki, "Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün”. Sitatın sonu.
Beləliklə, dünyada özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar bir daha göstərir ki, Prezidentin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır".
banner

Oxşar Xəbərlər