AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət tərəfindən 600 min sahibkara dəstək və yardım göstəriləcək

Dövlət tərəfindən 600 min sahibkara dəstək və yardım göstəriləcək

İqtisadiyyat
07 Aprel 2020, 13:37 179
Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq İqtisadiyyat Nazirliyində bir çox iqtisadi fəaliyyət sahələri üzrə, xüsusilə koronavirus pandemiyası ilə bağlı ən ciddi təsirə məruz qalmış iqtisadi fəaliyət sahələri və onları təmsil edən sahibkarlarla görüşlər keçirilib:
"Sahibkarların arzu və təklifləri dinlənilib. Bununla əlaqədar 4 işçi qrup yaradılıb. Tələbələrin, digər vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması, ümumiyyətlə iqtisadi subyektlərə dəstək göstərilməsi üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 milyard manat vəsait ayrılıb. Keçirilmiş qiymətləndirmələr onu göstərib ki, vəsait kifayət etmir. Bu vəsaitin 2,5 milyard manata qədər artırılması gözlənilir".
N.Səfərov bildirib ki, dəstək və yardım göstəriləcək sahibkarların sayı 600 min nəfər təşkil edir.