• cümə axşamı, 28 mart, 23:51
  • Baku Bakı 13°C

Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələrinin ləğvi barədə qanun qüvvəyə minib

21.11.17 18:29 2402
Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələrinin ləğvi barədə qanun qüvvəyə minib
Prezidentİlham Əliyev"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə,Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin, qanundan irəli gələn digər məsələləri həll etsin.

Qeyd edək ki, dəyişikliklərə əsasən, Dövlət müşaviri vəzifəsi "Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılıb.

DəyişikliklərMilli Məclisin 31 oktyabr 2017-ci il tarixli iclasında qəbul olunub.

Əlavə edək ki, dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub.
banner

Oxşar Xəbərlər