• cümə, 29 Mart, 02:51
  • Baku Bakı 7°C

Dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir

24.10.17 12:50 2427
Dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir
Azərbaycanda dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir.
APA-nın məlumatına görə, bununla bağlı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunur.
Layihəyə görə, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələrinin özəlləşdirilməsi qadağan olunur.
Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər