• cümə axşamı, 28 mart, 23:31
  • Baku Bakı 13°C

Dövlət Miqrasiya Xidmətində 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirilib

26.05.17 21:15 1033
Dövlət Miqrasiya Xidmətində 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirilib
28 May Respublika Günü münasibətilə Dövlət Miqrasiya Xidmətində (DMX) tədbir keçirilib. Dövlət himninin ifası ilə başlayan tədbirdə DMX rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin dövlət müstəqilliyinin tarixindən danışıb. Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulmasının tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü mühüm işlərdən bəhs edib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamında əksini tapdığı kimi qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. İstiqlal Bəyannaməsinin elan olunduğu gün isə Azərbaycan tarixinə parlaq bir səhifə kimi qızıl hərflərlə yazılıb.
Qeyd edilib ki, XX əsrin sonlarında dövlət müstqəilliyini bərpa edən Azərbaycan Ermənistanın hərbi təcavüzü, ciddi iqtisadi böhran və daxili hərc-mərclik ilə üzləşdi. Yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin üzərini alan təhlükələrin qarşısı alındı, qısa müddət ərzində Azərbaycan düzgün müəyyənləşdirilmiş strategiya əsasında siyasi və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Bu gün bu strateji xətt ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan həm qonşu dövlətlər, həm də region ölkələri üçün etibarlı tərəfdaşa və təhlükəsizlik təminatçısına çevrilib. Son illərdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz çox böyük nailiyyətlər əldə edib, bu gün ölkəmizin iştirakı ilə regional və beynəlxalq səviyyədə əhəmiyyətli layihələr həyata keçirilməkdədir.
Vurğulanıb ki, Cümhuriyyətin 99-cu ildönümünü Avropa və Şərq dəyərlərini özündə birləşdirən müasir müstəqil Vətənimizin bir sıra uğurlara imza atdığı tarixi bir dövrdə qeyd edirik. Bakı böyük təntənə ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Ölkəmizdə neçə gündür ki, idman bayramıdır. Dövlətimizin diqqət və qayğısı ilə yetişmiş güclü Azərbaycan gəncliyi bu yarışların mükafatlarına sahib olmaqla ilk dəfə 1918-ci ildə yüksələn üç rəngli, ay-ulduzlu Bayrağımızı dəfələrlə göylərə yüksəltdilər. Həm Azərbaycanın iqtisadi inkişafı, həm turizm potensialı, həm də belə qlobal miqyaslı tədbirlər ilə bağlı Azərbaycana səfər edən xarici qonaqların və Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin də sayının artdığına toxunulub. Dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmuş DMX-nin ölkəmizə təşrif buyuran əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yüksək keyfiyyətlə, operativ xidmət göstərməsi üçün hər cür şərait yaradıldığı bildirilib.
Tədbir sənədli filmin nümayişi ilə başa çatıb.

banner

Oxşar Xəbərlər