• cümə axşamı, 25 aprel, 20:59
  • Baku Bakı 21°C

Dövlət Kukla Teatrında Yeni il tamaşası hazırlanır

12.12.17 17:58 5714
Dövlət Kukla Teatrında Yeni il tamaşası hazırlanır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün yeni səhnə işi hazırlayır.

Teatrın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi "Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək.

Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqi tərtibatı əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.

Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər.

27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans Azərbaycan, bir seans isə rus dilində göstəriləcək.

Tamaşaya biletlərin qiyməti 3 manatdır və dekabrın 15-dən etibarən teatrın kassasından əldə oluna bilər.
banner

Oxşar Xəbərlər