• cümə axşamı, 25 aprel, 16:28
  • Baku Bakı 23°C

Dövlət Komitəsi: Yaşayış binalarında həyətdaxili sahələr ümumi istifadə üçün nəzərdə tutulub

19.03.21 12:03 749
Dövlət Komitəsi: Yaşayış binalarında həyətdaxili sahələr ümumi istifadə üçün nəzərdə tutulub
Dövlət Satınalma və Arxitektura Komitəsi tərəfindən son verilən icazələrin hamısında yaşayış binalarının ərazilərindəki həyətdaxili sahələr ümumi istifadə üçün nəzərdə tutulduğu qeyd olunub.
"APA-Economics”in məlumatına görə, bunu "Bir pəncərə” elektron sisteminin yeniliklərinin təqdimatı mərasimində çıxış edən Dövlət Satınalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov yaşayış binalarının ərazilərindəki həyətlərdə tikinti ilə bağlı görülən işlərə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu sahələr əsasən abadlıq, uşaq və idman meydançaları və parkinq üçün nəzərdə tutulur: "Ola bilər ki, bəzi obyektlərin tikintisi icazə sənədləri və yaxud pilot layihələr əsasında aparılıb. 2016-cı ildə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir. Lakin hazırda səlahiyyət Dövlət Satınalma və Arxitektura Komitəsindədir və həyətdaxili sahənin təşkili məsələsinə ciddi fikir verilir”.

banner

Oxşar Xəbərlər