AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət Komitəsi: ərzaq bir faiz bahalaşıb

Dövlət Komitəsi: ərzaq bir faiz bahalaşıb

İqtisadiyyat
04 Mart 2013, 16:52 1660
Komitənin rəsmi saytının verdiyi məlumata görə, fevral ayında ərzaq məhsullarının qiymətlərinin 1 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşmasına səbəb olub.

Ay ərzində unun, qarabaşaq yarmasının, makaronun, mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, göyərtinin, çuğundurun, kökün, kartofun qiymətlərində ucuzlaşma qeydə alınıb. Düyünün, manna yarmasının, çörəyin, vermişel və spaqettinin, toyuq ətinin, kolbasa məmulatlarının, pasterizə olunmuş üzlü südün, xamanın, pendirin, bitki yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.