• cümə, 29 Mart, 19:12
  • Baku Bakı 14°C

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınıb

21.10.16 18:38 1180
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınıb
Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
APA-nın xəbərinə görə, DİM-in yeni saytı –dim.gov.az daistifadəyə verilib.DİM-dənAPA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, DİM dövlət qeydiyyatına alındığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi istiqamətində Ləğvetmə Komissiyası yaradılacaq.

Qeyd edək ki, Azərbaycan prezidentiİlham Əliyevaprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.
banner

Oxşar Xəbərlər