• şənbə, 20 Aprel, 08:04
  • Baku Bakı 14°C

Dövlət Gömrük Komitəsinin əməkdaşları 20 Yanvar şəhidlərini anıb

20.01.17 15:15 1279
Dövlət Gömrük Komitəsinin əməkdaşları 20 Yanvar şəhidlərini anıb
Dövlət Gömrük Komitəsinin əməkdaşları bu gün - Ümumxalq Hüzn Günündə20 Yanvarşəhidlərinin xatirəsini yad ediblər. KomitədənAPA-ya verilən məlumata görə,DGKkollektivi Şəhidlər xiyabanına gələrək şəhidlərin məzarlarını ziyarət edib, məzarlarüzərinə qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, 1990-cı ilin20 yanvarhadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Düz 27 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Azərbaycan xalqı hər il20 Yanvarfaciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
banner

Oxşar Xəbərlər