• cümə axşamı, 18 aprel, 11:58
  • Baku Bakı 12°C

Dövlət dili normalarının pozulmasına görə KİV cərimələnəcək - Qanun qüvvəyə mindi

23.06.20 18:56 760
Dövlət dili normalarının pozulmasına görə KİV cərimələnəcək - Qanun qüvvəyə mindi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Trend-in məlumatına görə, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə 533-1-ci maddə əlavə edilir. Bu maddə kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması hallarını nəzərdə tutur.
Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
banner

Oxşar Xəbərlər