• cümə, 19 Aprel, 18:04
  • Baku Bakı 24°C

Dövlət Departamentinin hesabatında Gürcüstan müsəlmanlarının problemlərinə də yer verilib

16.08.17 16:15 1114
Dövlət Departamentinin hesabatında Gürcüstan müsəlmanlarının problemlərinə də yer verilib
ABŞ Dövlət Departamentinin 2016-cı ildə dünyada din azadlığının vəziyyəti ilə bağlı hesabatında Gürcüstanda dini azlıqların üzləşdikləri problemlər də yer alıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hesabatda ölkədə dini azlıqların ibadət yerlərinin tikintisi ilə bağlı həm dövlət, həm də yerli səviyyədə maneələrlə üzləşdikləri qeyd olunub: "Rustavi və Batumi şəhərlərinin yerli məhkəmələri yalnız iki halda bina tikintisi ilə bağlı dini azlıqların xeyrinə qərar qəbul edib”.
Hesabatda daha sonra həbsxanalarda dini azlıqlar üçün ibadət yerlərinin olmaması da əksini tapıb: "Gürcüstan hökuməti silahlı qüvvələrdə xidmət edən müsəlmanlar üçün ibadət otağı açsa da, yalnız ortodoks kilsəsinin həbsxanalarda kiçik kilsələri var”.
Sənəddə Gürcüstanın müsəlman icmasının Kvemo-Kartli, Adıgeni və Acarıstanda olan məscidlər üzərində hökumətin mülkiyyət hüququnun olması məsələsi ilə bağlı rəsmi orqanlarla mübahisəsinin davam etdiyi vurğulanıb.
banner

Oxşar Xəbərlər