• şənbə, 20 Aprel, 17:47
  • Baku Bakı 23°C

Dövlət Departamenti Putin-Tramp görüşündə müzakirə olunacaq mövzunu açıqlayıb

10.11.17 09:00 613
Dövlət Departamenti Putin-Tramp görüşündə müzakirə olunacaq mövzunu açıqlayıb
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündə "Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi” mövzusunu müzakirə edə bilər.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

Məlumata görə, Xezer Nauert bu barədə "Fox News” telekanalının efirində aparıcının qeyd olunan mövzunun görüşdə müzakirə olunacağına dair sualına cavabında bildirib: "Bu məsələ tez-tez müzakirə olunur”.

"ABŞ xüsusi xidmət orqanları Rusiyanın seçkilərə müdaxiləsinə dair açıq-aydın işarə ediblər”.
Qeyd edək ki, sayca ikinci olan Putin-Tramp görüşü noyabrın 10-da Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Bundan əvvəl liderlər arasında görüş iyulda Hamburqda "G-20” sammiti çərçivəsində baş tutmuşdu.
banner

Oxşar Xəbərlər