• cümə axşamı, 28 mart, 18:31
  • Baku Bakı 13°C

Dövlət Departamenti: Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır

20.06.17 09:20 732
Dövlət Departamenti: Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır
Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Şərqi Asiya və Sakit okean işləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Syuzan Tornton deyib.
"Biz hesab edirik ki, Çin artan qlobal terrorçuluq problemindən daha çox əziyyət çəkir və biz istəyərdik ki, onlar fəallaşsın və üzərləriinə böyük məsuliyyət payı götürsünlər. Onların terrorçuluqla mübarizəyə töhfələri daha çox olmalıdır", - S.Tornton deyib.
S,Tornton qeyd edib ki, Pekinin, məsələn İraqda çox maraqları var və onlar İŞİD-in darmadağın edilməsi üzrə beynəlxalq koalisiyaya kömək etmək üçün daha çox töfhə verməlidirlər.
banner

Oxşar Xəbərlər