AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət büdcəsinə vergi daxilolmaları ötən il 7,4 mlrd. manata yaxın olub

Dövlət büdcəsinə vergi daxilolmaları ötən il 7,4 mlrd. manata yaxın olub

İqtisadiyyat
18 Yanvar 2021, 12:37 169
Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.
 
"APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter” hesabında bildirib.
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var”.

Qeyd edək ki, 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7,7 mlrd. manata yaxın olub. 2021-ci ildə isə vergi daxilolmalarının 7,25 mlrd. manata çatacağı proqnozlaşdırılır.
 
Göründüyü kimi, ötən il dövlət büdcəsinə vergi daxilolmaları əvvəlki illə müqayisədə 3,9% azalıb.
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin xətti ilə 2021-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,3%-i və ya 5,67 mlrd. manatı qeyri-neft sektorunun,  21,7%-i və ya 1,58 mlrd. manatı neft sektorunun payına düşəcəyi güman edilir. 2020-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 5,4 mlrd. manat (75,1%) və 1,8 mlrd. manata (24,9%) bərabər olacağı gözlənilir.