• cümə, 29 Mart, 12:19
  • Baku Bakı 14°C

“Düzünü deyin, siz də heyrətləndiniz?”

03.07.17 14:00 1194
“Düzünü deyin, siz də heyrətləndiniz?”
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Konfederasiyalar Kubokunun finalında Çili ilə keçirilən oyundan (1:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Löv futbolçuları ilə qürur duyduğunu deyib. O, Almaniyanın oyunundan hər kəsin heyrətləndiyini vurğulayıb:
"Bu komanda ilə, bu futbolçularla qürur duyuram. Onlar cəmisi bir neçə həftədir ki, bir yerdədirlər. Ancaq hər məşqdən sonra artırmağı bacardılar. Uşaqlar qalib gəlməyi çox istəyirdilər və hesab edirəm ki, layiqli şəkildə qələbə qazandılar.
Aydındır, biz bu gün bütün gücümüzlə müdafiə olunduq. Xüsusən də ikinci hissədə ikiqat artıq qaçdıq. Əks-hücumlarda oynamağa üstünlük verdik, meydanda hər qarış uğrunda mübarizə apardıq.
Bu, sadəcə, bizim gənc futbolçular üçün möcüzəvi oyun idi. Onlar beynəlxalq təcrübəsi çox az idi. Ancaq özlərinə inandılar. Düzünü deyin, siz də Almaniyanın oyunundan heyrətləndiniz?”
banner

Oxşar Xəbərlər