• cümə axşamı, 18 aprel, 19:15
  • Baku Bakı 21°C

Düsseldorfda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb

06.02.17 13:10 1125
Düsseldorfda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb
Almaniyanın Düsseldorf şəhərinin tarixi Rheinbahn deposunda məşhur almaniyalı fotoqraf Filip Ratmerin "Evə Aparan Beş Yol” ("Five Roads Back Home”) adlı fotosərginin açılışı olub.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS)APA-ya verilən məlumata görə, sərgi Sərbəst Fotoqraflar və Film Dizaynerlərinin Peşəkar Təşkilatı (Berufsverband Freie Fotografen und Filmgestalter – BFF) tərəfindən "Jump # 04: RAW – The Decisive Moment” sərgisinin bir hissəsi kimi təşkil edilib.
F. Ratmer beynəlxalq moda, həyat tərzi və reklam sahəsində nüfuz qazanmış fotoqrafdır. O, Ledi Qaqa, Kristof Voltz, Culyetta Lyuis, Jogi Lou, Luçiano Pavarotti, Daniel Brül, Vanessa Me, Jay-Z, Mixael Şumaxer kimi məşhurların eksklüziv fotoşəkillərinin müəllifidir. Onun fotoşəkilləri xüsusi işıq effektləri və hər bir şəxsin mahiyyətini tuta bilmək bacarığına görə fərqlənir.
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə təşkil edilmiş "Evə Aparan Beş Yol” layihəsi onun foto sənətinə fərqli yanaşmasınabir nümunədir. Bu seriyada məcburi köçkünlərin 50 fotosu təqdim olunur. Fotoşəkillərdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün təsirli və emosional simaları qara fonda yaxın rakursdan çəkilib.
Bu fotoşəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini – evlərini tərk etməyə vadar olan tərəfi göstərir. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək.


banner

Oxşar Xəbərlər