• cümə, 19 Aprel, 12:02
  • Baku Bakı 25°C

Düşmənin diversiya və təxribatlar törətmək imkanları məhdud­laşdırılıb

05.06.20 14:26 504
Düşmənin diversiya və təxribatlar törətmək imkanları məhdud­laşdırılıb
Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.
Bununla əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) bildirib ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.
Əksinə DSX-nin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb.
banner

Oxşar Xəbərlər