Düşməni tatamiyə çıxmağa peşman edən idmançı - Portret
İdman
ölkəsi olan Azərbaycan beynəlxalq miqyasda öz uğurlarını hər keçən gün bir az
da artırır. Artıq azərbaycanlı idmançılar hər bir beynəlxalq yarışın əsas
favoritləri arasında göstərilir. Bakıda keçirilən son İslam Həmrəyliyi Oyunları
da idmançılarımızın gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Bu uğurlar 3
il sonra Tokioda təşkil ediləcək olimpiya oyunlarında medal ümidlərimizi bir az
da artırır.
Lakin beynəlxalq yarışlarda ölkəmizin bayrağını ucaldan, himnimizi səsləndirən təkcə olimpiya idman növlərindəki təmsilçilərimiz deyil. Digər idman növlərində yarışan bir çox idmançı var ki, qatıldığı mötəbər turnirlərdə dəfələrlə vətənimizin üçrəngli bayrağını qaldırıb, himnimizi səsləndirib. Belə idmançılardan biri də Fərid Əzizovdu. Bu dəfə sizə karatenin olimpiya oyunlarına daxil olmayan Kempo Karate və Kabudo növü üzrə 3 qat dünya, 3 qat Avropa çempionu olan idmançımızdan bəhs edəcəyik.
Fərid
Əzizov 1985-ci il fevralın 15-də Bakıda dünyaya gəlib. Onun uşaqlığı
"Sovetski”də keçib. Hər bir uşaq kimi o da döyüş filmlərinin həvəskarı olub. O,
Jan-Klod Van Dam, Brus Linin filmlərini izləyir, gələcəkdə onlara bənzəməyi
arzulayırdı. Fərid 1992-ci ildə orta məktəbə gedib. Lakin onun idmanla
tanışlığı bundan da öncəyə təsadüf edib. Fəridin uşaqlığı Qarabağ müharibəsi
dövrünə təsadüf edib. Elə məhz kiçik yaşlarından onda düşmənə qalib gəlmək həvəsi
yaranıb. Vətənə məhəbbəti və güclü olmaq həvəsi onu döyüş idman növlərinə doğru
çəkirdi.
Ailəsi Fəridin davakar, çox dəcəl və enerjili olmasından narahat olaraq, onu şahmat məktəbinə yazdırırlar. Onlar bununla, oğullarının bitib-tükənmək bilməyən enerjisini cilovlamağa cəhd ediblər. Lakin davaya meylli olan kiçik Fərid burda da dinc dayanmır. O, uduzduğu oyunlardan sonra rəqibləri ilə münasibətləri şahmat taxtası arxasında yox, ondan kənarda "aydınlaşdırırdı”. Bundan sonra valideynləri uşağın gələcəyinin döyüş idman növündə olduğuna əmin olurlar. Onlar Fəridin uzun yalvarışlarından sonra onu 290 saylı orta məktəbdə karate dərsləri deyən Rasim müəllimin qrupuna yazdırırlar. Karatenin "əlifba”sını burda öyrənən Fərid, ilk məşqçisini heç vaxt unutmur. O, indi də hazırda həyatda olmayan Rasim müəllimin üzərində əziyyətinin çox olduğunu deyir.
Həmin vaxtlar ölkədə karatenin növləri o qədər də geniş yayılmamışdı. Bu idman növü ilə məşğul olan uşaqlara yalnız bir növ öyrədilirdi - karate-do. Elə kiçik Fərid də karatenin sirlərinə məhz bu növdə yiyələnməyə başlayıb.
O, uzun
müddət bu idman növü ilə məşğul olsa da, məhz 2010-cu ildən daha ciddi yanaşmağa
başlayır. Fəridin uğurlarında onun məşqçisi Pərviz Hüseynovun xüsusi rolu olub.
O, hazırkı məşqçisi Hüseynovla yanaşı, əvvəllər məşqçisi olmuş Okinava
Qocyu-Ryu Karate-Do Federasiyasının prezidenti Tarverdi Allahverdiyevin də ona
çox dəstək olduğunu deyir:
"Tarverdi Allahverdiyev həm federasiya prezidenti, həm də böyük qardaş kimi bizə çox dəstək olur. Onun və məşqçim Pərviz Hüseynovun uğurlarımda əməyi danılmazdı. Hüseynov mənim məşqçim olduqdan sonra dedi ki, səndə alınacaq. Bundan sonra onunla Avropa çempionatının təsnifat yarışlarına qatıldım. Burda uğurlu çıxış edərək, qitə birinciliyinə vəsiqə qazandım”.
Bütün yarışlara "ya qələbə, ya heç nə” devizi ilə hazırlaşan Fəridin məşqçisi ilə fikirləri üst-üstə düşürdü. Məhz bu fikirdə və əməldə birlik, gələcək uğurların açarı olur. Əzizov məşqçisi barədə danışarkən, "zalda mənə düşmən kəsilmişdi” deyir. Hüseynov Fəridin məşqçisi olduqdan sonra onun məşq saatlarını artırır. Artıq o, yarışlara həvəskar yox, tam peşəkar kimi hazırlaşırdı. Gərgin məşqlər tezliklə öz bəhrəsini verir. 2010-cu ilin avqustunda Avropa çempionatında iştirak edən Fərid, debütünü "qızıl”la qeyd edir.
Ailəli
olan Əzizov bir qız və bir oğul atasıdır. Fərid gələcəkdə həm oğlunun, həm də
qızının idmançı olmasını arzulayır. Qızının idmanla məşğul olmasına qarşı
olmayan dünya çempionu, "aslanın erkəyi, dişisi olmaz” deyir.
Fərid oğlunun da gələcəkdə özü kimi beynəlxalq yarışlardan medallarla qayıtmasını arzulayır:
Tatami
üzərində rəqiblərinə qarşı çox sərt olan Fərid, həyatda çox sadə və mülayim
insandır. Karate idman növü olmaqla yanaşı, həm də fəlsəfədir. Fərid də bu
idman növünü həyat tərzi kimi mənimsəyən insanlardandır. O, "karate sənə nə verib”
sualına böyük karate ustadı Masutatsu Ayamanın sözləri ilə cavab verir - "Mən nəfəs
almağın düsturunu bilirəm”. O, karatedən ən əsası isə gücünü cilovlamağı, ona nəzarət
etməyi öyrəndiyini deyir.
Elnur
Lakin beynəlxalq yarışlarda ölkəmizin bayrağını ucaldan, himnimizi səsləndirən təkcə olimpiya idman növlərindəki təmsilçilərimiz deyil. Digər idman növlərində yarışan bir çox idmançı var ki, qatıldığı mötəbər turnirlərdə dəfələrlə vətənimizin üçrəngli bayrağını qaldırıb, himnimizi səsləndirib. Belə idmançılardan biri də Fərid Əzizovdu. Bu dəfə sizə karatenin olimpiya oyunlarına daxil olmayan Kempo Karate və Kabudo növü üzrə 3 qat dünya, 3 qat Avropa çempionu olan idmançımızdan bəhs edəcəyik.
Şahmatdan karateyə
Ailəsi Fəridin davakar, çox dəcəl və enerjili olmasından narahat olaraq, onu şahmat məktəbinə yazdırırlar. Onlar bununla, oğullarının bitib-tükənmək bilməyən enerjisini cilovlamağa cəhd ediblər. Lakin davaya meylli olan kiçik Fərid burda da dinc dayanmır. O, uduzduğu oyunlardan sonra rəqibləri ilə münasibətləri şahmat taxtası arxasında yox, ondan kənarda "aydınlaşdırırdı”. Bundan sonra valideynləri uşağın gələcəyinin döyüş idman növündə olduğuna əmin olurlar. Onlar Fəridin uzun yalvarışlarından sonra onu 290 saylı orta məktəbdə karate dərsləri deyən Rasim müəllimin qrupuna yazdırırlar. Karatenin "əlifba”sını burda öyrənən Fərid, ilk məşqçisini heç vaxt unutmur. O, indi də hazırda həyatda olmayan Rasim müəllimin üzərində əziyyətinin çox olduğunu deyir.
Həmin vaxtlar ölkədə karatenin növləri o qədər də geniş yayılmamışdı. Bu idman növü ilə məşğul olan uşaqlara yalnız bir növ öyrədilirdi - karate-do. Elə kiçik Fərid də karatenin sirlərinə məhz bu növdə yiyələnməyə başlayıb.
6
yaşından karate ilə məşğul olmağa başlayan gələcək çempion, 8 yaşında
Respublika çempionatını 3-cü pillədə başa vurur. Ancaq o, başqa uşaqlardan fərqli
olaraq, evə üçüncülük medalı ilə fəxrlə yox, utanaraq qayıdır. Çünki onun üçün
üçüncülük uğur deyildi. Növbəti ildə isə o, "bürünc”ü "qızıl”a dəyişməyi
bacarır. Bundan sonra uğurlarını davam etdirərək, dəfələrlə ölkə çempionu adına
yiyələnir.
Ya qələbə, ya heç nə
"Tarverdi Allahverdiyev həm federasiya prezidenti, həm də böyük qardaş kimi bizə çox dəstək olur. Onun və məşqçim Pərviz Hüseynovun uğurlarımda əməyi danılmazdı. Hüseynov mənim məşqçim olduqdan sonra dedi ki, səndə alınacaq. Bundan sonra onunla Avropa çempionatının təsnifat yarışlarına qatıldım. Burda uğurlu çıxış edərək, qitə birinciliyinə vəsiqə qazandım”.
Bütün yarışlara "ya qələbə, ya heç nə” devizi ilə hazırlaşan Fəridin məşqçisi ilə fikirləri üst-üstə düşürdü. Məhz bu fikirdə və əməldə birlik, gələcək uğurların açarı olur. Əzizov məşqçisi barədə danışarkən, "zalda mənə düşmən kəsilmişdi” deyir. Hüseynov Fəridin məşqçisi olduqdan sonra onun məşq saatlarını artırır. Artıq o, yarışlara həvəskar yox, tam peşəkar kimi hazırlaşırdı. Gərgin məşqlər tezliklə öz bəhrəsini verir. 2010-cu ilin avqustunda Avropa çempionatında iştirak edən Fərid, debütünü "qızıl”la qeyd edir.
Bundan
sonra Əzizov öz uğurlarını davam etdirir. Bu günə kimi onun kolleksiyasında 3
Avropa, 3 dünya çempionluğu var. 75 kq çəkidə yarışan Fərid, Kempo Karate və
Kabudo üzrə Ukraynanın Xarkov şəhərində keçirilən son dünya çempionatında da
finala çıxır. Lakin zədəli olan idmançı yalnız ikinciliklə kifayətlənməli
olur.
Məşğuliyyət
Fərid
karyerası ərzində yalnız karate yox, başqa idman növləri ilə də məşğul olub.
Uşaq vaxtı qısa müddətdə şahmata da gedən Əzizov, daha sonra kunq-fu və
üzgüçülüklə də məşğul olub. Fərid həm də, həvəskar fotoqrafdır. O, təbiət
fotoları çəkməyi xoşlayır. Özünün sözlərinə görə, onda bu həvəs hələ uşaq
vaxtından var. Avropa və dünya çempionumuzun digər məşğuliyyəti isə balıq
tutmaqdı. Fərid balıq ovunun onu rahatlaşdırdığını deyir.
Düşmənlə üz-üzə
2016-cı
ildə Rusiyanın Pyatiqorsk şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində
Fərid, Ermənistan təmsilçisi ilə üz-üzə gəlir. Döyüş başlayan kimi rəqib Fəridin
zərbəsindən sonra zədələnir. Burnundan qan açılan erməni israrla döyüşü davam
etdirmək istədiyini deyir. Bu isə ona baha başa gəlir. Düşmən ölkə təmsilçisini
boğucu fəndə salan Fərid, təmiz qələbə qazanır. Biabırçı şəkildə məğlub olan
erməni idmançı mükafatlandırma mərasiminə çıxmaqdan imtina edir.
Vətənə sevgi
Uşaq
vaxtından vətənpərvər ruhda böyüyən Fərid, bunu beynəlxalq yarışlarda da daim
nümayiş etdirməyə çalışır. Onun üçün bayrağımız hər şeydən müqəddəsdir. Bu il
Ukraynada keçirilən dünya çempionatından sonra yarışda qalib gəlmiş bütün ölkə
nümayəndələrinin bayrağı dalğalandırılır. Bu bayraqlar arasında düşmən ölkənin
də bayrağı var idi. Üçrəngli bayrağımızla düşmən bayrağının eyni səviyyədə olmasına
razı olmayan Əzizov, maraqlı addım atır. O, bayrağımızı azyaşlı karateçilərimizdən
birinə verir. Daha sonra isə onu öz çiyinləri üzərinə alaraq, bayrağımızı ən
yüksəyə qaldırır.
Gələcək hədəflər
Qarşıda
dünya və Avropa çempionatları var. Hər iki yarışa lisenziya qazanmış Fərid,
yalnız "qızıl”ı hədəfləyib. O ki qaldı karyerasını neçə yaşına kimi davam etdirəcəyinə,
32 yaşlı idmançı "nə qədər ki gücüm var, davam edəcəyəm” deyir. O, karyerasını
bitirdikdən sonra da, bu sahədə qalmaq, məşqçi kimi çalışmaq istədiyini
bildirir.
Ailə
Fərid oğlunun da gələcəkdə özü kimi beynəlxalq yarışlardan medallarla qayıtmasını arzulayır:
"Hər dəfə
beynəlxalq yarışlardan qayıdanda, qapıdan girən kimi "ata medal gətirmisən” deyə
soruşur. İstərdim ki, gələcəkdə böyük idmançı olsun və o da mənim
üçün medal gətirsin”.
Portret
"Məndə
başqa idman növləri alınmaz” deyən Fərid bu sözlərlə həm də, bu idman növünə
bağlılığını göstərir. Karatenin kempo növü ilə məşğul olan Fərid, olimpiya
oyunlarına daxil edilmiş növə keçidi ağlına belə gətirmir. O, "mənim xəmirim
belə yoğurulub” deyərək, uğurlar əldə
etdiyi növü dəyişmək istəmədiyini deyir. Fəridin idman üçün az sayılmayan 32
yaşı var. Ancaq onda olan vətənpərvərlik və təmsil etdiyi idman növünə sevgi
hissi, yeni uğurların uzaqda olmadığını deməyə əsas verir.