• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

Düşmən 119 atəş zərbəsindən sonra susdu

25.03.16 17:33 10317
Düşmən 119 atəş zərbəsindən sonra susdu
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Berdavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Cəvahirli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 119 dəfə atəş zərbəsi endirib.
banner

Oxşar Xəbərlər