AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyanın ən böyük xəstəxanalarından biri İstanbulda istifadəyə verilib

Dünyanın ən böyük xəstəxanalarından biri İstanbulda istifadəyə verilib

Təfsilat
30 May 2020, 11:45 196
İstanbulda dünyanın ən böyük tibb müəssisələrindən biri - professor Feriha Öz adına fövqəladə vəziyyət xəstəxanası istifadəyə verilib.
 
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Əsas binası 75 min kvadratmetrlik sahəni əhatə edən xəstəxana 125 min kvadratmetr ərazidə inşa olunub. İki hissə və səkkiz blokdan ibarət bu tibb müəssisəsi 1010 xəstə üçün nəzərdə tutulur. Birmərtəbəli xəstəxana binası ən son texnologiyalarla təchiz olunub.
 
Xatırladaq ki, xəstəxananın inşasına bu il aprelin doqquzunda başlanıb. Tibb müəssisəsinin tikintisində hər biri dörd min işçidən ibarət üç qrup işləyib.