• cümə, 19 Aprel, 13:20
  • Baku Bakı 25°C

Dünyanın ən bahalı pulu satılır

05.09.20 16:30 779
Dünyanın ən bahalı pulu satılır
Oktyabrın 8-də numizmatlar üçün çox qiymətli olan, 1794-cü ilə aid gümüş ABŞ dollarının yeni sahibi məlum olacaq.
Bu barədə "Report”CNN-ə istinadən xəbər verir.
Qeyd edilir ki, o, ilk dəfə2013-cü ildə 10 milyon ABŞ dollarına satılıb. Gümüş pul növbəti dəfə hərraca çıxarılacaqvəqiymətinə görə yeni rekord vura bilər.
Qədim yunan ilahələri kimi üslublaşdırılmış, Azadlığın təsviri olan qadın profilli sikkə ilk kəsilmiş dollar olub. Ehtimal edilir ki, onu ABŞ prezidenti Corc Vaşinqton əlində saxlayıb.
Həmin dövrdə ümumilikdə 1 758 belə sikkə buraxılıb, lakin bupullardan dövrümüzə təxminən 130-u çatıb. Onlar geniş ictimaiyyət üçün nəzərdə tutulmayıb və Konqres üzvlərinə, ABŞ-ın fəxri vətəndaşlarına paylanılıb.
banner

Oxşar Xəbərlər