Dünyanın 10 ən nəhəng teatrı

Dünyanın 10 ən nəhəng teatrı

19 Sentyabr 2019, 15:15 229
Onluğumuzun ilk sırasında La Skala teatrı yer alır. 

1.La-Skala

La Skala (Teatro alla Skala) opera teatrıdır. Əsası 1778-ci ildə İtaliyanın Milan şəhərində qoyulmuşdur. La Skalanı teatrın beşiklərindən biri adlandırmaq olar,  çünki burada bir çox teatr ənənələri yaranmışdı. İtaliyanın ən yaxşı teatrı La Skla hesab olunur. 

1776-1778-ci illərdə tikilən teatr adını əvvələr burada yerləşən "Santa Mariya de la Skala” kilsəsindən götürüb. 

Belə bir əfsanə var ki, binanın təməlini atarkən üzərində Piladın şəkili olan qədim daş tapılmışdır, sanki qədim tanrılar gələcək teatra xeyir-dua verirmiş. Teatrın zalında 2800-ə qədər yer var. "La Skala”nın özünəməxsus davranış normaları mövcuddur. Məsələn, bu teatrra qara paltarla gəlmək adətdir. 

Teatrda müxtəlif vaxtlarda burada Bellini, Verdi və Puççininin yaradıcılığını sevirdilər. Həmçinin "La Skala”da ballar, hətta haçansa öküz döyüşləri belə keçirilib. 

2.Qrand Opera

Qranda Opera Fransada ən məşhur teatr hesab olunmasına baxmayaraq, rəsmi olaraq adı "Milli Musiqi və Rəqs Akademiyası” gedir. XIV Lüdovikin imzası ilə 1669-cu ildə şair Perren və bəstəkar Kamber tərəfindən əsası qoyulub. Bu teatr Fransa inqilabından sağ çıxdı, bir çox ad dəyişdirdi, bununla belə, ən yaxşı teatr olaraq qaldı. 

Teatrın hazırda yerləşdiyi binanı memar Ş.Qarnye 1857-ci ildə inşa etmişdir. Tamaşaçı zalının tutumu 2130 nəfərdən ibarətdir. Üç əsr boyu Qrand Operada bir çox əsərlər qurulmuşdur. Mövcudluğunun ilk illərində burada fransız, sonra isə italyan və  alman bəstəkarlarının əsərləri qoyulmuşdur. XX əsrdə bu teatrın repertarında Stravinskinin "Marva” operası da yer alıb. 
 
3.Vyana Operası

Vyana Operasını diqqətdən kənar qoymaq olmaz. Avstriya hər zaman öz bəstəkarları ilə fəxr etmişdir. Məhz buna görə burada Motsartın operalarını səhnələşdirməyi sevirlər. Bu teatrda həmçinin Vaqnerin "Nibelunqların üzüyü”nün premyerası keçirilmişdir. 

Vyana Operasının 1869-cu ildə tikilmiş binası daxili gözəlliyi, genişliyi, əzəməti ilə insanı heyran edir.   
 
Bu teatr XIX əsrin axırında Avropa mədəni həyatının mərkəzi olmuşdur. Vyana Operasında indinin özündə də bütün dünyaya məşhur olan ənənəvi "Opera bal”ları keçirilir və bütün dünyadan buraya axın olur. 

4.Kovent-Qarden

İngiltərənin ən məşhur teatrlarından biri London "Kovent-Qarden”dir.1732-ci ildə əsası qoyulan binanın  1856-cı ildəki restavrasiyasından sonrakı görünüşü hələ də qorunub saxlanılmaqdadır. Teatr aktyorlarının peşəkar oyunu ilə və yüksək qonorarı ilə seçilir. 

XIX əsrdə burda o dövrün ən yaxşı ifaçıları Malibran, Tamburini, Culiya Qrizi və digərləri işləyirdilər. 

Bina gizli və vahiməli rəvayətləri ilə "Dumanlı Albion”a bənzəyir. Teatr binasının 2250 nəfərlik tamaşaçı salonu var. 

5.Opera Metropoliten 

Nyu-Yorkun "Metropoliten Operası” ABŞ-ın ən məşhur teatrlarından biridir. Metropolitev Operası bu siyahıda adı çəkilən teatrların ən müasiridir. Əsası 1883-cü ildə qoyulub, digər teatrlardan fərqli olaraq, Metropoliten təmtəraqdan uzaqdır. Lakin, burada həm də ən müasir texnologiyalardan istifadə olunur.
İlk illərdə Metropolitendə Vaqneri səhnələşdirməyi sevirdilər. İngiltərədə olduğu kimi, burada da operanı orijinal dildə səhnələşdirirlər. Kovent-Qardendəki kimi burada da qonorarlar yüksəkdir, hər halda bu səhnədə ifa etmək çox prestijli sayılır. 
Teatrın zalı böyükdür, 3625 tamaşaçı tutumu var. Maraqlıdır ki, "Metropoliten Operası” dövlət teatrı deyil, fərdi şəxlər tərəfindən və şirkətlərin ianə hesabına maliyyələşdirilir. 
 
6.Böyük Teatr 

Rusiya teatrlarından isə bu sıraya "Böyük Teatr”ı aid etmək olar. Teatrın əsası 1776-cı ildə qoyulmuşdur, hal-hazırda yerləşdiyi bina isə 1825-ci ildə tikilmişdir. 

Burada Çaykovskinin "Mazepa”, "Voevoda”, "Çereviçki” və Rahmaninovun "Xəsis cəngavər”, "Aleko” və "Françeska da Rimini” əsərlərinin premyerası keçirilmişdir və Rahmaninov özü bu tamaşalarda dirijor kimi çıxış etmişdir. 

"Böyük teatr”ın səhnəsində "La Skala” və "Vyana operası”nın truppası tamaşalar nümayiş etdirir. Binanın tamaşaçı tutumu 2155 nəfərdir.  

7.Sidney operası

Erqonomik baxımdan son dərəcə teatral olan bir məkan –Sidney operası.

Bu yer Avstraliya üçün simvola çevrilmişdir və burada tamaşalarla bərabər teatr ənənəsinə uyğun olmayan müxtəlif şou proqramlar da göstərilir, Sidney operasında repertuar da klassik deyil. Teatrın binasının açılışı 1973-cü ildə kraliça Yelizaveta tərəfindən keçirilmişdir. 

8.Brodvey teatrı

Qeyri-klassik teatrlardan biri olan Brodvey teatrı. 

Bu bir bina deyil, bu ənənədir. Vaxtı ilə "Brodvey teatrı” Nyu-York küçələrində yerləşən böyük olmayan teatrlardan biri kimi anlaşılırdı, bu gün isə tamam fərqli bir məna daşıyır. "Brodvey”ə aktyorlar bir neçə mövsümlük dəvət olunurlar, orada mütəmadi truppa fəaliyyət göstərmir. Tamaşa publikanın marağında qalanadək davam edir.  

9.Arena di Verona 

Arena di Verona - bu teatrın dünyada tayı-bərabəri yoxdur, çünki o eramızın I əsrində imperator Avqustun dövründə tikilmişdir. Bu oval şəkilli Roma amfiteatrıdır.
Artıq 300 ildir ki, bu səhnədə tamaşa göstərilir. qədim Roma dövründə burada turnirlər və qladiator döyüşləri keçirilirdi. 1913-cü ildən isə hər yay Arena di Verona opera festivalı keçirilir. 

Festivalları, əsasən, "Aida”, "Şahzadə Turandot”, "Karmen” tamaşaları ilə açırlar. Arena di Verona heç bir klassik teatrın gücü çatmayanı edir, 16000 tamaşaçını özündə birləşdirə bilir. 

10.Teatr Kolon

Cənubi Amerikanın ən böyük teatrı Teatr Kolon hesab olunur. Teatrın əsası 1857-ci ildə qoyulub. Buenos-Ayres şəhərində yerləşir və tamaşaçı tutumu 2478 nəfərdir. Müasir bina 1908-ci ildə tikilmişdir. Bu teatr tez-tez "Boris Qodunov”,”Sadko”, "Yevgeniy Onegin  kimi rus əsərlərinə müraciət edir. 
 
Razimə İsmayılova