• çərşənbə, 24 Aprel, 18:10
  • Baku Bakı 23°C

Dünyada sutkada koronavirusa yoluxanların sayı 93 mindən çox artıb

19.05.20 09:00 467
Dünyada sutkada koronavirusa yoluxanların sayı 93 mindən çox artıb
Dünyada yeni koronavirus infeksiyası ilə yoluxan insanların sayı sutkada 93 mindən çox artaraq 4,62 milyona çatıb. Eyni zamanda, koronavirusla əlaqəli ölüm hallarının sayı 4 mindən çox artaraq 311 mini keçib.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Bildirilib ki, dünyada 4 618 821 yoluxma və 311 847 ölüm halı qeydə alınıb. Sutka ərzində daha 93 324 nəfər yoluxub, 4545 nəfər ölüb.
Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 017 811 nəfər. Ölənlərin sayı 2 810 nəfər artaraq 121 609-a çatıb. Avropada 1 890 467 yoluxma və 167 173 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 19 922, ölüm hallarının sayı isə 1 222 nəfər artıb.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 18-nə olan vəziyyətə görə, orada 338 560 yoluxma faktı aşkarlanıb, 9 979 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 11 992 nəfər artaraq 138 nəfər ölüb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanıb.
banner

Oxşar Xəbərlər