• cümə axşamı, 25 aprel, 09:43
  • Baku Bakı 14°C

Dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir dövlət

09.07.20 09:15 473
Dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir dövlət
130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
R.Məmmədov bildirib ki, Azərbaycan regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən öz töhfəsini verir:"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi Antonio Quterreş arasıda telefon danışığı zaman bu təşəbbüsün bir daha dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.Dünya dövlətlərinin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləməsində iki mühüm amil həlledici rola malikdir. Birincisi, bu təşəbbüs dünyanın, beynəlxalq ictimaiyyətin müzakirələrə, dialoqa və məsləhətləşməyə həddən çox ehtiyacı olduğu bir zamanda irəli sürülüb.Koronavirus pandemiyası indi bəşəri problemə çevrilib və onun qarşısını almaq üçün ciddi toplantılara, görüşlərə ehtiyac var. Yəni, Azərbaycan Prezidenti bütün dünyanı narahat edən qlobal bir problemin birgə müzakirəsini təklif edib. Bu isə bütün ölkələrin marağındadır”.
Millət vəkilinin sözlərinə görə, təşəbbüsə müsbət reaksiya verilməsini şərtləndirən ikinci mühüm amil Azərbaycan Prezidentinin şəxsi nüfuzudur. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb:"Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada cənab Prezidentin şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir”.
Deputat vurğulayıb ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çox mühüm stimul yarada bilər. Xüsusi sessiyanın keçirilməsi təklifi artıq əksər dövlətlər tərəfindən qəbul edildiyi üçün BMT-yə üzv olan bütün ölkələrin maraqlarına cavab verən qlobal əhəmiyyətli təşəbbüs kimi qəbul olunur”.
banner

Oxşar Xəbərlər