• cümə axşamı, 28 mart, 22:35
  • Baku Bakı 13°C

Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

29.06.20 10:15 481
Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü
Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı yarım milyonu keçib.
Bu barədə "Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.
Koronavirusun aşkarlandığı 213 ölkə və bölgənin ümumi məlumatlarına əsasən pandemiya ərzində dünyada koronavirusdan ölüm hallarının sayı503 597nəfərə çatıb.
Bundan başqa,10 218 562insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.
Bu halda COVID-19-dan5 521 578insan sağalıb.
Dünyada virusa aktiv yoluxma hallarının sayı4 193 387-dir. Koronavirus xəstələrindən57 943-ü ağır vəziyyətdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər