• şənbə, 20 Aprel, 12:16
  • Baku Bakı 23°C

Dünyada koronavirusdan ölənlərin sayı 14 min nəfəri ötdü

24.03.20 15:00 1312
Dünyada koronavirusdan ölənlərin sayı 14 min nəfəri ötdü
Dünyada koronavirusa yoluxanların sayı artıb.
"Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Qeyd edilir ki,14,5mindən çox insan COVID-19-un qurbanı olub.
Təşkilatın son məlumatına görə, dünyada xəstələrin ümumi sayı332 930nəfər olub. Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb -170mindən çox. Həmçinin yeni virusdan14 510ölüm hadisəsi haqqında bildirilir. Bu göstəricilərin8mindən çoxu Avropanın payına düşür.
COVID-19-a yoluxma və ölüm hadisələrinin ən kiçik sayı Afrikada qeydə alınıb:990yoluxma və23ölüm.
Son gün ərzində Suriya, Qrenada və Mozambik hakimiyyətləri öz ərazilərində koronavirusa ilk yoluxma halları haqqında bildiriblər.
Qeyd edək ki, ötən gün açıqlanan qeyri-rəsmi məlumatda dünyada koronavirus daşıyıcılarının sayının350 457nəfərə çatdığıbildirilirdi.
banner

Oxşar Xəbərlər