• cümə, 19 Aprel, 21:16
  • Baku Bakı 24°C

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyona çatır

25.05.20 08:59 1361
Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyona çatır
Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada5,5milyona yaxın insanın bu virusa yoluxmasına yol açıb.
APA"Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində96 505nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı5 494 455nəfərə çatıb.
Ölüm sayında da artım müşahidə edilib. Bir gündə2826nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə346 434nəfər olub. İndiyədək2 299 345nəfər sağalıb və hazırda2 848 676aktiv yoluxmuş xəstə var ki, onlardan53 224nəfərin vəziyyəti ağırdır.
Ən çox yoluxma halları Amerika qitəsindəmüşahidə olunur. Ötən 24 saatda burada52 382nəfərdə virus aşkar olunub ki, bununla da yoluxanların ümumi sayı2 509 189nəfərə çatıb. İndiyədək145 641nəfər isə dünyasını dəyişib. Cəmi802 168nəfər sağalıb.
İkinci yerdə Avropa gəlir. Burada son sutka ərzində15 849nəfər COVID-19-a yoluxub (ümuilikdə1 901 749),569nəfər isə eyni diaqnozdan dünyasını dəyişib (ümumilikdə169 844). Sağalanların sayı882 607nəfərdir.
Ölkələr üzrə ən çox yoluxma halları ABŞ (1686 436), Braziliya (363 618), Rusiya (344 481), İspaniya (282 852), Böyük Britaniya (259 559), İtaliya (229 858), Fransa (182 584), Almaniya (180 328), Türkiyə (156 827) vəHindistanda (138 536) qeydə alınıb.
banner

Oxşar Xəbərlər