• cümə, 26 Aprel, 03:39
  • Baku Bakı 16°C

Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır

27.04.20 11:15 469
Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 minədəkinsan yoluxub, təxminən 3,7 min nəfər də bu virusun qurbanı olub.
APAxəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan "Worldometer” bu barədə məlumat yayıb.
26 aprel tarixli statistikaya görə, dünyada 2 993 262 nəfər yeni növ koronavirusa yoluxub, 206 915 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 73 858 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3751 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb –1 276 808yoluxma və121 885ölüm. Sutka ərzində burada yoluxanların sayı24 311, ölənlərin sayı isə1767nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 1 064 603 nəfər təşkil edir, indiyədək 59 955 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət o dərəcədə də sərt deyil – 137 920 yoluxma və 6289 ölüm faktı.
Yoluxmasayı üzrəüçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada472 267yoluxma,17 243ölüm faktı qeydə alınıb.
Bu günədək dünyada 877 411 nəfər müalicə üsulu ilə virusdan xilas olub.
Ən çox yoluxanlar ABŞ-dadır – 987 160 nəfər. Onun ardınca İspaniya (226 629), İtaliya (197 675), Fransa (162 100), Almaniya (157 770) və Böyük Britaniya (152 840) gəlir.
banner

Oxşar Xəbərlər