• şənbə, 20 Aprel, 11:11
  • Baku Bakı 14°C

Dünyada koronavirusa yoluxanların sayı 121 milyonu ötdü

20.03.21 09:37 388
Dünyada koronavirusa yoluxanların sayı 121 milyonu ötdü
Dünyada COVID-19-a yoluxanların sayı121,46milyon nəfəri ötüb.
"Report”xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı121 464 666təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə2 684 093insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində535 860nəfər təşkil edib. Son sutkada müalicə alan daha9 868pasiyent təhlükəli infeksiyadan ölüb.
Son 24 saat ərzində infeksiyaya yoluxanların 43 faizindən çoxu Avropanın (233 900), daha sonra Şimali və Cənubi Amerika (19 970), ardından isə Cənub-Şərqi Asiyada (49 211) qeydə alınıb.
ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.
Dünyada ən çox yoluxma halı ABŞ (29 317 562), Braziliya (11 693 838), Hindistan (11 514 331) və Rusiyada (4 437 938) qeydə alınıb.
banner

Oxşar Xəbərlər