• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

Dünyada koronavirus təhlükəsi artır

06.07.20 10:30 515
Dünyada koronavirus təhlükəsi artır
Koronavirusun qeydə alındığı ölkələrin virusa yoluxma hallarının sayı ilə bağlı statistikası COVID-19-un miqyasının, bu isə öz növbəsində infeksiyanın daha çox yayılmasıtəhlükəsinin artdığını göstərir.
"Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir ki, hazırda dünyada koronavirusa ümumi yoluxma sayı11556681-ə çatıb. Bununla yanaşı, ən son məlumatlara görə, COVID-19-un qeydə alındığı218ölkədə537 mindən çox insan təhlükəli virusdan ölüb.
Dünya dövlətlərinin rəsmi statistikasına əsasən artıq pandemiya qurbanlarının sayı536776nəfərə yüksəlib. Və ölüm halları hər gün artmaqdadır.
Koronavirusun çox yayılması baxımından ən təhlükəli ölkə Amerika Birləşmiş Ştatlarıdır. Amerika qitəsinin bu nəhəng ölkəsində təhlükəli virusa2982928yoluxma qeydə alınıb. Dünyada koronavirusun ən çox təhlükə törətdiyi Birləşmiş Ştatlar COVID-19-dan ölənlərin sayı baxımından da dünyada birinci yerdədir. Belə ki, ABŞ-da təhlükəli infeksiyadan ölənlərin sayı132569nəfərə yüksəlib.
Virusun Asiyada yayılmağa başlamasına baxmayaraq, dünyanın pandemiya baxımından ikinci ən təhlükəli ölkəsi də elə Amerika qitəsindədir. Belə ki, Braziliyada1604585insan koronavirus daşıyıcısı kimi qeydə alınıb. Cənubi Amerikanın bu ölkəsinin həkimləri64900insanı təhlükəli virusdan xilas edə bilməyiblər.
Cənubi Asiyanın ən böyük dövlətlərindən olan Hindistanda da koronavirus "kabus"u gündən-günə artır. Bu ölkədə indiyədək697836koronavirus xəstəsi qeydiyyata alınıb. Lakin bu da son deyil. Hindistan həkimləri19700insanı pandemiya qurbanı kimi qeydə alıblar.
Qonşu Rusiyanın dünyada koronavirus pandemiyasının yayıldığı 4-cü ən təhlükəli ölkə kimi qeydə alınması COVID-19-un sərhəd tanımadığını göstərir. Belə ki, şimal qonşumuz infeksiyaya681251yoluxmanı təsdiqləyib. Federasiyanın10 161vətəndaşının ölümü pandemiya qurbanı kimi rəsmiləşdirilib.
Peru siyahıda 5-ci yerdədir. Ölkə302718vətəndaşının koronavirusa yoluxduğunu elan edib,10589insanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd etdiyimiz kimi bu ilin ən təhlükəli virusu adlandırılan COVID-19 yayılma nöqteyi-nəzərdən sərhəd tanımır. Məsələ burasındadır ki, Avropa qitəsi, o cümlədən Qərbi Avropa da dövlətləri də virusun qarşısında aciz qaldıqlarını etiraf edirlər. Buna əyani sübut kimi təkcə İspaniyada COVID-19 xəstələrinin sayının297625-ə yüksəldiyini göstərmək olar. Qərbi Avropanın bu ölkəsində28385nəfərvirusdan ölüb.
Amerika ölkəsi Çili pandemiya baxımından hazırda səfər üçün arzuolunmaz ölkəyə çevrilib. Bunu onun təhlükəli infeksiyaya yoluxan vətəndaşlarının sayının295 532nəfərə yüksəldiyi sübut edir.
Böyük Britaniya koronavirusun ən çox yayılması baxımından siyahıda 8-ci yerdə qərarlaşıb. Birləşmiş Krallıq285416vətəndaşının koronavirus daşıyıcısı olduğunu açıqlayıb. Qərbi Avropanın inkişaf etmiş bu ölkəsində təhlükəli infeksiyadan ölənlərin sayının44220nəfərə yüksəlməsi COVID-19 "kabus"unun getdikcə daha böyük problemlər yaratdığını göstərir.
Meksikada COVID-19 təhlükəsi isə az qala hər saat artır. Şimali Amerika ölkəsində virusa yoluxmuş xəstələrin sayı256848nəfərə yüksəlib. Son sutkada virus daşıyıcıların sayının daha 4683 nəfər artdığı açıqlanıb. Koronavirusun yayılması nöqteyi-nəzərdən siyahıda 9-cu yerdə qərarlaşan Meksika virusdan ölənlərin sayı30639nəfərə yüksəlib. Son 24 saatda daha 273 nəfər virusdan vəfat edib.
Qeyd etdiyimiz kimi, təhlükəli virus dünyanın dörd bir tərəfini – bütün qitələri dolaşmaqdadır. Qərbi Avropa ölkəsi İtaliyada virusa yoluxanların sayı241611-ə çatıb. İtaliya virusun sürətlə yayıldığı son 6 ayda34861insanı pandemiya qurbanı kimi qeydə alınıb.
Qonşu İran dünyanın koronavirusa yoluxma baxımından ən təhlükəli ölkələri siyahısında240438yoluxma ilə 11-ci, Pakistan228474yoluxma ilə 12-ci, Səudiyyə Ərəbistanı 13-cü (209509 yoluxma) yerdə qərarlaşıb.
Təəssüf ki, gözlə görünməyən bu təhlükə qonşu Türkiyədə də dərin kök sala bilib. Bunu qonşu ölkədə205758nəfərin virusa yoluxduğu, 5225 insanın ölümü də sübut edir.
Siyahıda 15-ci yerdə qərarlaşan Almaniya virusa yoluxanların sayının197558nəfərə çatdığını elan edib.
Şimali Afrika ölkələrində bu göstərici artıq196750-yə yüksəlib.
Sadalananlar onu göstərir ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi, digər beynəlxalq qurumların həyəcan siqnalı çaldığı koronavirus təhlükəsi gündən-günə artır.
Lakin bununla belə, pandemiya ərzində dünyada virusa yoluxmuş6535492insanın sağalması təhlükənin qarşısıalınmaz olmadığını göstərir. İndi dünya dövlətləri böyük səbirsizliklə virus əleyhinə vaksinin kimin birinci yaradacağını gözləyirlər.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər