AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyada koronavirus qurbanlarının sayı 390 mini keçib

Dünyada koronavirus qurbanlarının sayı 390 mini keçib

Təfsilat
05 İyun 2020, 09:00 197
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, son bir gündə koronavirusa dünyada 129 mindən çox yoluxma qeydə alınıb, ümumilikdə 390 mindən çox insan ölüb.
Qeyd olunub ki, son sutkada COVID-19-a 129 min 281 yoluxma qeydə alınıb, 4 min 842 pasiyent dünyasını dəyişib. Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 6 milyon 655 min 203 təşkil edir. Pandemiya ərzində ümumilikdə 390 min 769 nəfər COVID-19-dan ölüb.
Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 3 milyon 22 min 824 nəfər koronavirus daşıyıcısıdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.